Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Özümüzü tək qalanda tapdıq!
 
AnasayfaAnasayfa  AxtarAxtar  Latest imagesLatest images  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  

 

 Rəqs

Aşağa gitmek 
MüəllifIsmarıc
MuaMMa
Admin
MuaMMa


Mesaj Sayısı : 37
Points : 197
Kayıt tarihi : 03/09/10
Yaş : 32
Nerden : Azərbaycan

Rəqs Empty
Yeni mövzuMövzu: Rəqs   Rəqs EmptyÇ.a. Sen. 07, 2010 2:58 am

Dəqiq bilmir onu bura gətirən musiqi idi, ya onun qoxusu, amma o burda xoşbəxt idi.. Burda yaşamaq, onun qollarıda ölmək istəyirdi.. Bəlkə elə buna görə bu halda belə onun yanına gəlmişdi.. Gözlərinə baxanda xoşbəxt olduğu, rəqsilə rahat olduğu qadının yanında idi.. Kürəyinin ortasından axan, bədənini isidən qan və ağrını unutmuşdu, musiqi çoxdan başlamış, notlar ətrafa yayılmışdı.. Ovucunda o qadının həmişə soyuq olan əlləri, qarşısında boğularaq rahatlıq tapdığı gözləri var idi.. Turşməzə süni ətirə qarışan qadın ətri musiqiyə xüsusi ritm bəxş edirdi.. Onunla rəqs etdiyi otağın divarlarını görmürdü, qaranlıq izn vermirdi, özünü belə unudurdu onunla.. Sadəcə rəqs edirdi, dünənki kimi, dünən ondan öncəki gün kimi, nəvaxtdan bəri hərgün gəlirdi bura, onu belə unutmuşdu, unutmadığı yalnız ətir, musiqi, o qadın və gözlər idi, qarışıq rəngli gözlər.. Hərdən ayağnı tapdayır və üzr istəyərkən gülümsəyirdi, iri gözləri ilə gülümsəməsi bir başqa nağıl idi.. Sonluğunu hələ bilmədiyi nağıl, daha doğrusu sonadək oxumaq istəmədiyi nağıl.. Onun xüsusiyyəti idi, kitabları da sonacan oxumazdı, sona azca qalmış bağlayıb, başqa kitaba keçərdi, sevməzdi sonluqları.. Qollarındakı incə bədənə çox bağlanmışdı, nə sevgi idi, nə ehtiras, bir başqa duyğu, daha saf, daha gözəl – daha günahsız.. Sadəcə rəqs etmək istəyirdi, bir səmazən tək, hər kəsin nirvana dediyini tapırdı bu rəqsdə, amma belə şablon anlamlara öyrəşməmişdi, danışmağı sevən, sözləri sevən cavan oğlan susurdu onun yanında.. Dəvət yazıları da çox qəribə idi, hər dəfə dəvət alarkən – bu gecə yenə gəl, susmaq üçün.. – yazısını oxuyub gülümsəyərdi.. Bəzən insan susmaq üçün də kimisə axtarar, çox az adam bunu anlasa belə, o yenə də axtarırdı və deyəsən tapmışdı.. Birlikdə xoşbəxt idilər, onlara daha heç kim gərək deyildi.. Bir-birinə əks insanlar idilər, amma müsbətlə mənfi kimi tamamlanırdılar.. Ağrı daha da şiddətlənirdi, hərdən taqəti qalmırdı davam etməyə, amma dayansaydı öləcəkdi, bunu bilirdi, dayanmaq istəmirdi, çünki ölmək duyğuların sonu demək idi.. Onun qoxusunu duymamaq, gözləri görə bilməmək, və rəqsin bitməsi, əslində ölmək bu idi onunçün.. Ölmək istəmirdi, kimsə ölmək istəməz, amma bu tam başqa idi, fərqli idi, özü kimi fərqli.. Diqqətindən yayınmırdı ki, musiqi uzun müddətdir bitmir, qəribə idi o gün hər şey.. Qaranlıq otaqda bircə duyğu – fırlan, fırlan, sola, rəqset, unut və rəqs et.. Qaranlıqda itənə kimi, qaranlıq onları udana kimi, hər kəs onları unudana kimi.. və illər sonra o otaqda həmin musiqi və o ətir dolaşırdı, illər sonra otaq onları gəlib-gedənlərin yadına salırdı, illər keçmişdi, amma qaranlıq otaq onları silmək istəmirdi.. Çünki keçən yalnız illər idi, musiqi və ətirlə birgə hisslər, duyğular da otaqda qalmışdı..



by NUR
Əvvələ qayıt Aşağa gitmek
http://www.goth-person.blogspot.com
saida
Qonaq




Rəqs Empty
Yeni mövzuMövzu: saida   Rəqs EmptyŞ. Sen. 25, 2010 4:40 pm

teki yazdiqlarin kimi arada olasan..
Əvvələ qayıt Aşağa gitmek
 
Rəqs
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Forum :: Maraqlandıqlarımızdandırlar-
Keç: