Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Özümüzü tək qalanda tapdıq!
 
AnasayfaAnasayfa  AxtarAxtar  Latest imagesLatest images  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  

 

 Rokun Aprel Şərabı

Aşağa gitmek 
MüəllifIsmarıc
UsyaN
Admin
UsyaN


Mesaj Sayısı : 22
Points : 50
Kayıt tarihi : 03/09/10
Yaş : 32

Rokun Aprel Şərabı Empty
Yeni mövzuMövzu: Rokun Aprel Şərabı   Rokun Aprel Şərabı EmptyB.e. Sen. 06, 2010 6:25 pm

Rokun Aprel Şərabı 7568610

Fəaliyət tarixi: 2002- bugünədək
Janr: pop/pank/rok
Albomları: “Let Go”(2002-2004), “Under My Skin”(2004-2005), “The Best Damn Thing”(2007)
#1 sinqılları: “Complicated” , “Sk8er Boi” , “I`m With You” , “My Happy Ending”, “Girlfriend”

Qrup Üzvləri:
Al Beri- bas gitarist, bəkvokalçı ( 2007)
Rodni Hovard- barabançı, bəkvokalçı (2007)
Stefen Antoni Ferlazzo Fr.- elektron keybord, bəkvokalçı (2007)
Cim MkQorman- ritm gitarist, bəkvokalçı (2007)
Devin Bronson- baş gitarist, bəkvokalçı (2004)
Çarli Uilyams- bəkvokalçı, rəqqas (2007)
Endryu Ford- bəkvokalçı, rəqqas (2007)
Keçmiş Qrup Üzvləri:
Mark Spikoluk- bas gitarist, bəkvokalçı (2002 Aprel-2002 Sentyabr)
Cessi Kolbön- ritm gitarist (2002-Yanvar 2004)
İvan Taubenfeld- baş gitarist (2002-Sentyabr 2004)
Kreyq Vud- ritm gitarist, bəkvokalçı (2004-Yanvar 2007)
Mət Brən- barabançı (2002-Fevral 2007)
Çarli Monits- bas gitarist (2002-Fevral 2007)

Həyatı:
Avril Lavin Kanadanın Qremi Mükafatlı punk, pop müğənnisi, musiqiçi və aktrisadır.
O, 1984-cü il Sentyabrın 27-də Ontarionun Bellevil əyalətində Fransız-Kanada əsilli xristian
ailəsində anadan olmuşdu.Avrilin adı da Fransız sözlərindən ( “Avril” Fransızca “Aprel”, “LA vigne” isə “Şərab” deməkdir) götürülüb.
Avrilin istedadı ilk dəfə anası tərəfindən kəşf olunur və iki yaşı olanda o anası ilə birlikdə kilsədə oxumağa başlayır. Onun 5 yaşı olanda Avrilin ailəsi Ontarionun Napani əyalətinə köçür.
1988-ci ildə o yarışda qalib gələrək Kanadalı müğənni Şania Tveynin ilk solo konsertində müğənni ilə bir səhnəni paylaşmaq şansına yiyələnir. O Şania ilə birlikdə Ottavada səhnəyə çıxaraq "What Made You Say That" (Səni bunu deməyə nə vadar etdi) adli mahnını oxuyur.
O, ilk meneceri Klif Feybri ilə Kinqstonda “Çapter”in kitab mağazasında kantri oxuyarkən tanış olmuşdu. Linoks Cəmiyyət Teatrı ilə tamaşası zamanı folklor müğənnisi Stiv Med Avrili bəyənir və onu 1999-cu ildə “Quinte Spirit” albomundan olan “Touch the Sky” (Səmaya Toxun) adlı mahnısını oxumağa dəvət edir. Həmçinin Avril onun 2000-ci ildəki “ My Window To You” adlı albomundan “Temple of Life” (Həyat Ehramı) və “Two Rivers” (İki Çay) mahnılarını ifa edir.
16 yaşında Avril Arista Rekords Şirkətinin reportyoru Ken Kronqrad ilə müqavilə bağlayır. O, Arista Şirkətinin başçısı-Antonio La Raydı Avrilə qulaq asmaq üçün prodüsser Pitr Zizonun Nyu-Yorkdakı studiyasına dəvət edir.

Musiqi Fəaliyyəti:
Let Go (Avril Lavinin ilk albomu) (2002-2004)
“Let Go” albomu 2004-cu ilin İyunun 4-də ABŞ-da işıq üzü gördü, albom Amerikada #2 olsa da, Avstraliya, Kanada və Birləşmiş Krallıqda #1 oldu. Bununla da 17 yaslı Avril Birləşmiş Krallıqda bu yaşda #1 albomu olan ilk qadın solo ifaçı oldu.
Albomdaki mahnıların əksəriyyətində pop rok /hindi pop kökləri görünür, bununla yanaşı albomun bəzi mahnılarında alternativ, post-qranc təsirlərini eşitmək olar.
Albomun təqdimatından bir ay sonra Avqust ayının sonlarında albom multi-platin statusuna, iki həftə sonra isə 3 qat platin sertifikatına layiq görüldü. 2002-ci ilin sonlarında, debyutundan 6 ay sonra albom 4 qat platin statusuna yiyələndi. Dünya üzrə albomun 14 milyon nüsxəsi satılmış və 2002-ci ildə qadın ifaçı və debyut etmiş albom üçün ən çox satılan albom olmuşdu. 2007-ci ilin dekabrına qədər albomun 6,6 milyon nüsxəsi ABŞ, dünya üzrə isə 16 milyon nüsxəsi satılmışdı.
“Let Go” albomundan 4 sinql təqdim olundu. Bu albomun 1-ci sinqlı “Complicated” ( Mürəkkəb) Avstraliyada #1 olsada, ABŞ “Qaynar 100”-lükdə #2 olaraq 2002-ci ildə Kanadanin ən çox satılan sinqıllaraıdan biri oldu. “Complicated” sinqlı Müasir hit radiosunun reytinq cədvəlində 11 həftə #1 olaraq Natali İmbraqliya‘nın “Torn” sinqlı ilə qoyduğu rekordu təzələdi. “Sk8er Boi” ( skeytçi oğlan) ABŞ və Avstraliyada, “I’m with You” (Mən Səninləyəm) ABŞ və Birləşmiş Krallıqda, “Losing Grip” isə Tayvandda top on, Çilidə isə Top 20 oldu.
Avril 2002-ci ildə “MTV Video Musiqi Mükafatı “ tərəfindən Ən Yaxşı Yeni Artist nominasiyasına, 2003-cü ildə Cyuno Mükafatı-nın təqdimatında 6 nominasiyadan 4-nü aldı, Dünya Musiqi Mükafatı tərəfindən “Dünayanın ən çox satılan Kanadalı müğənnisi” adına, 8 Qremmi Mükafatı-na, “Complicated”ə görə İlin Mahnısı və Ən Yaxşı Yeni Artist nominasiyalarına yiyələndi.
Under My Skin (Avrilin İkinci Albomu) (2004-2005)
“Under My Skin” albomu 2004-cü il Mayin 25-də ABŞ-da işıq üzü gördü. Albom dünyanın bir çox ölkələrində ABŞ, Birləşmiş Krallıq, Almaniya, Yaponiya, Avstraliya, Kanada, Meksika, Argentina, İspaniya, İrlandiya, Tayland, Koreya, Hon Konqda #1 oldu və üzə çıxdığı ilk həftədə ABŞ-da 380.000 çox nüsxəsı satıldı.Albomun əksər mahnılarını Avril Kanadalı müğənni-bəstəkar Çental Kreviazuk, bəzilərini Ben Mudi (Evanesense qrupunun keçmiş üzvü), Mavelous 3-dən Baç Valker , Avrilin keçmiş gitaristi İvan Taubenfeld və keçmiş barabançı Mət Brən ilə birgə yazmişdı.
Albomun proddüsserlik işlərini Kreviazukun həyat yoldaşı Our Lady Peace qrupunun başçısı Reyni Meyda, Baç Valker və Don Gilmor görmuşdülər.
Albomda güclü alternativ duyulur, “He wasn’t” (O Deyildi) , “I Always Get What I Want” (Həmişə İstədiyimi Əldə Edirəm) kimi mahnılarda pop-pank, “Freak Out” və “Who Knows” ( Kim Bilir ) kimi mahnılarda isə yumşaq post-qranc izləri nəzərə çarpir.
Albomun əsas sinqlı “Don’t Tell Me” ( Demə Mənə) Meksika və Argentinada #1, Birləşmiş Krallıq və Kanadada top 5, Avstraliya və Braziliyada isə top 10 olmuşdu. “My Happy Ending” ( Xoşbəxt Sonluğum) sinqlı Meksikada #1, ABŞ-da isə top 10 olaraq bu sinqlı Avrilin ABŞ-daki 3-cü ən yaxşı hiti etdi, lakin albomun 3-cü sinqlı “ Nobody’s Home” (Heç kimin evi) ABŞ-da yalniz top 40-da yer alsa da yalnız Meksika və Argentinada #1 oldu. Albomun 4-cü sinqlı “He Wasn’t” Birləşmiş Krallıq və Avstraliyada top 40 olsada ABŞ-da heç təqdim olunmadı. Albomun sonuncu sinqlı “Fall to Pieces” (Parça-parça olmaq) əvvəlki sinqıllar kimi yer tuta bilmədi.
Avril 2004-cü ildə 2 “Dünya Musiqi Mükafatina”: “ Ən yaxşı pop/rok artisti”, “Dünyada ən çox satılan Kanadalı artisti”, 2005-ci iidə 3 “Cuno Mükafatına”: “Fanat Seçimi Mükafatı”, “İlin Artisti”, “ İlin Pop Albomu” naminasiyalarına yiyələndi. 18-ci illik “Nikoladion Kidsin Seçimi Mükafatına”: “Ən Sevimli Qadın ifaçı” adına layiq görüldü. Lavinin Məttyu Qerardla birgə bəstələdiyi “Breakaway” Kelli Klarkson tərəfindən “Şahzadənin Günləliyi 2” kinosunu saundtrəki kimi lentə alında. Sonradan bu mahnı Klarksonun 2-ci albomuna daxil edildi, albomun ilk sinqlı kimi təqdim olundu. Bu sinql ABŞ-da top 10 olaraq ifaçısına daha bir hit qazandırdı.
Avril 2004-cü il Martın 4-də “Canlı və Surprizlə Dolu” adlı ABŞ və Kanadaya 21-ci şəhər turnesinə Minnepolis, Minesotta şəhərlərindən başladı. Bu turnenin məqsədi “Under My Skin” albomunu tanıtmaq idi. Hər çıxış yeni albomdan olan mahnıarın kiçik canlı akustik variantlarından ibarət idi. Avrili konsert zamanı gitarist İvan Taubenfeld müşayiət edirdi. Çıxışlar şouya 48 saata qalana kimi elan olunmurdu. Bu konsertlər albomun tanınmasına böyük təsir göstərdi. İndianapolisdə konsert Glendaledə 2005-c ilin Martın 25-də baş tutdu. Konsert proqramına “He Wasn’t” , “My Happy Ending”, “Don’t Tell Me”, “Take Me Away” , “Nobody’s Home”, “Sk8er Boi” və “Complicated” sinqılları daxil idi. Konsertən seçmələr Avril Lavin Canlı Akustik başlığı altında ABŞ-da təqdim edildi.
2005-ci il Avril üçün səfərlər ili oldu. Avril həmçinin ölkəsi Kanadanı İtaliyanın Turin şəhərində keçirilən 2006-cı il Qış Olimpiya Oyunlarının Bağlanış mərasimində təmsil etdi. O burada Vankuver 2010 hissəsində “Who Knows” sinqılı ilə çıxış etdi. Albomun 8 milyondan çox nüsxəsi satıldı.
The Best Damn Thing (Avrilin Üçüncü Albomu) (2007)
Avrilin 3-cü albomu “The Best Damn Thing” 2007-ci il Aprelin 17-də işıq üzü gördü və ABŞ-da #1 oldu. Albomun prodüsserlik işlərini Dr.Lyuk, Lavinin həyat yoldaşı Derik Vibli, Rob Kavallo, Bəç Valker və Avril özü etmişdi. Trevis Berker albomun baraban hissəsini ifa etdi. Albomun 1-ci sinqlı “Girlfriend” (Rəfiqə) Billibordun Qaynar 100-də #1 oldu. Ryan Sikrestin radio şousunda Avril söylədi ki, “When You’re Gone” (Sən Gedəndə) albomun 2-ci, “Hot” (İsti) isə albomun 3-cü sinqlı olmalıdır.
Albomda yüksək pop-pank təsiri, pank-rok gitara əlamətləri və xor da vardır.
Avrilin “Girlfriend” mahnısı Yaponların ulduz qonaqlı Cartoon KAT-TUN talk şousunun mahnısı kimi istifadə edilmişdi. 2007-ci il mayın 2-də Avril şounun qonağı olmuş və KAT-TUN qrupu ilə oxu hədəfə atma oyunu oynamışdı.
Avril “The Best Damn Thing” albomunu tanıtmaq üçün kiçik bir turne kecirdi və biletlər yalnız onun fan klubunun üzvlərinə verilirdi. Turne Kalqari, Albertaya səfərlə başladı və təxminən iki yüzdən çox insanı əhatə etdi. Bu şou 2007-ci il Aprelin 2-də CBC kanalında efirə verildi. Noyabrın 7-ə qədər dünya üzrə albomun 5 milyona yaxın nüsxəsi satılıb
Əvvələ qayıt Aşağa gitmek
https://dahiler.azerbaijaniforum.com
 
Rokun Aprel Şərabı
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Forum :: Maraqlandıqlarımızdandırlar-
Keç: