Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Özümüzü tək qalanda tapdıq!
 
AnasayfaAnasayfa  AxtarAxtar  Latest imagesLatest images  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  

 

 FATİMƏ

Aşağa gitmek 
MüəllifIsmarıc
MuaMMa
Admin
MuaMMa


Mesaj Sayısı : 37
Points : 197
Kayıt tarihi : 03/09/10
Yaş : 32
Nerden : Azərbaycan

FATİMƏ Empty
Yeni mövzuMövzu: FATİMƏ   FATİMƏ EmptyB. Sen. 05, 2010 9:00 pm

Mənim 24 yaşım var, Təbrizdə bir çoban ailəsində doğuldum, anam mən uşaq ikən vəfat etdi, bir qardaşım var, amma başqa bir ölkədə, oxuyur, həkim olacaq, uşaqlıqdan arzusu müsəlmanlara Allahın şəfasını dağıtmaq olub.. Atam onun oxuması üçün əlindən nə gəldisə etdi, mən də oxudum, böyük ölkələrin birində, amma işləmək üçün buraya gəldim, bəlalı İraqa.. Bütün işimə çevrildi bu ölkə.. Deyəsən elə taleyimə də.. İlk əmək haqqıma aldığım kiçik kamera ilə şahidinə çevrilirəm bu ölkənin acı taleyinin.. Dostam səliqəsiz daşlardan döşənən küçələri və yaralı divarları ilə.. Bağdadın mərkəzi küçələrindəki irili-xırdalı məsçidlərin divarına söykənib ətrafı kiçik kameramla seyr etməyə çox öyrəşdim.. Hər şeyə də bununla bərabər öyrəşdim, doğmalaşdım.. Atama çevrildi mənim Bağdad.. Məhrəmim oldu, göz yaşlarıma belə şahidimdir Allahdan sonra.. Burda qardaşlarım da var, qoruyurlar məni, necə olsa, bu savaşda könüllü qadın çox az olur, özümü dəyərli hiss edirəm.. Onlar böyük şəhərlərdəki. Təbrizimdəki oğlanlar kimi bədənimə dəyər vermirlər, burda ölənlərə göz yaşı axıdıb, sabah qızlar üçün özlərini öldürmürlər, burdakı insanlar elə bu ölkənin taleyini paylaşırlar.. Mənim də taleyimi.. Burda kişilər güclərini futbol oyunları ilə deyil, əsl qəhrəmanlıqlarla göstərirlər, burda kişilər internetdə qızlara qurban olub, hansısa kasıb ölkədə zorlanan müsəlman qadınların hallarına biganə yanaşmırlar.. Burda insanlar hər saniyənin necə dəyərli olduğunu anlayır.. Burda həm ədalət var, həm onu tapdayanlar, həm Allah var, həm onun düşmənləri.. Təbrizdə çox eşitdim ƏSL CİHAD NƏFSLƏ OLAN CİHADDIR sözünü, amma burdakı qardaş və bacılarım öz vətənlərini və hərşeylərini atıb bura gəliblərsə, demək artıq nəfslərinə qələbə çalışblar, hərhalda mən bu cür düşünürəm.. Burda mənim adım Fatoş deyil, qonşunun gözəl qızı deyiləm, ayaqlarıma vurulmurlar, boş sevgi sözləri və açıqcalar almıram, burda mənim əllərini güllər yox, güllələr bəzəyir, mən burda İSLAM QADINI FATİMƏ’yəm.. Bilsəniz bunun insana verdiyi fəxri, bilsəniz burdakı göz yaşlarının necə şəfaf olduğunu.. Qız ya oğlan üçün, sevgi axıdılan gözyaşlarına bənzəməz.. Burda hərşey öz, əsl sifətindədir, səmimidir.. Dünən Əhmədi ziyarə etdim, ailəsi maskalı bir kamikadzenin özünü partlatmasından ölüb, atası Əfqanıstana, savaşmağa gedib, heç kimi yoxdur..Allahı var, bir də bizlər varıq.. Təbrizdə elə düşünürlər ki, kamikadzelər müsəlmanlardır, amma biz o maskalı şəxsləri tanımırıq.. Bir çoxlarının ərəb dilini bilmədiklərinin belə şahidiyik, amma biz burda həqiqətə baxırıq, siz TV kanallara.. Darıxıram şəhərimçün, amma sanki gəlin köçdüm Bağdada və xoşbəxtəm -) Siz məni tanımırsız, Bağdadın ən gözəl gəlinini tanımırsız, çünki siz yalnız reklamlarda, filmlərdə, internetlərdə yarıçılpaq şəkillərini yerləşdirən qızları tanıyırsız, bizim haqda eşidəndə nə hisslər keçirdiyinizi bilirəm, bəlkə bir anlıq maraqlıyam sizin üçün, amma hətta bu məktubumu belə oxuyandan bir neçə saat sonra unudacaqsınız.. Savaşın digər tərəfində qalan müsəlman oğullarına inad mən burdayam, Bağdadımın yanan bağrında, onunla birgə yanıb kül olmağa söz verən oğullarla birgə, çünki MƏN İSLAM QADINIYAM.. MƏN FATİMƏYƏM.. Bağdadın gəlini olaraq da burda öləcəyəm.. Allahıma, dinimə, namusuma, vicdanıma sadiq qalaraq.. Bu səhralarla dost olanda, dəniz kimi olur bizlərə, bizlərə əziyyət etmir.. Onlara baxaraq dənizi izlər kimi rahatam, buranın odu sudan daha sərindir.. Boğuluqruq sonsuz səhraların dalğalarında..

by NUR
Əvvələ qayıt Aşağa gitmek
http://www.goth-person.blogspot.com
 
FATİMƏ
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Forum :: Maraqlandıqlarımızdandırlar-
Keç: