Həyatı hissələrlə yaddaşına həkk olunmuşdu, kiçik hissələr, onları birləşdirsəydin bəlkə anlamsız bir film olardı, amma o anlayırdı, hər saniyəsi doğma idi, ibtidai sinifdə ona anası qədər doğma olan müəliməsindən, yadlaşan doğmalarına kimi hər kəsi gözəl xatırlayırdı.. Hərdən gülümsəyir, hərdən sinəsini tutub yerə yıxılırdı.. Biraz orda bükülmüş vəziyyətdə qalıb, sora ayağa qalxaraq yenə düşünürdü.. Qapısı və pəncərəsi olmayan bir otaqda idi, qaranlıq olsa, da o bu qaranlığa öyrəşmişdi, otaqda olan əşyaları aydın görürdü, masa, stul və yataq.. Yatağın altında balaca canamaz bükülmüşdü, masada açıq kitablar vardı.. O isə bir küncdə eləcə düşünürdü, saatlarca.. Dünyalar qədər sevdiyi qardaşı vardı, atası, onu çox sevən anası və balaca bacısı, hardadı onlar? Bu otaq nədi? Necə düşüb bura? Çox sıxılırdı, o dayana bilmirdi qapalı yerlərdə, nə otaqlara, nə onun sevənlərin qəlblərinə öyrəşə bilmirdi, bəs bu otağa necə öyrəşirdi? Həyatı boyu cavabsız suallarına cavab axtararaq böyümüşdü, amma otaqda o qədər cavabsız sual vardı ki.. Divarlarda, tavan da daşdandı, betondan, soyuq deyildi, aclıq da hiss etmirdi, sadəcə darıxırdı.. Hanı hər kəs? Hanı həyatı? Bütün hissləri qarışmışdı içində, nifrət, sevgi, kədər, inam… Məktəb illəri və doğma rayonu ilə bağlı xatirələri onu incidirdi, hara getdi bütün olub bitən? İzlər hanı? Bəs həyatının izləri hanı? Axı hər xatirə bir iz buraxmalıdır.. Hər xatirə bir suala hamilə idi.. Qaranlıq otağının tək NURu divardan divara çırpınırdı sinəsindən tutub, bütün bədəninə yayılan ağrının təsirindən.. Boşluq var idi içində, bütün hisslərini və ruhunu çəkib ondan alan qara dəlik kimi bir boşluq.. Dostlar. Onlar hardadı? Pis, yaxşı var idi dostları, hərdən tuturdular əlindən.. Halallaşmalı idi onlarla.. Yəni itirdi bu imkanı? Ola bilməz, bəs… Mən onları tapmalıyam. Tapmalıyam, amma necə? Deyəsən namaz qılırdı, çünki canamaz vardı otaqda, amma yadında deyildi, bir rayondakı kiçik məsçid yadında idi, ayaqqabılarını itirərdi bəzən çıxışda, axtarardı, tapmazdı, imama deyərdi, bəzən günlər sonra kimsə gətirərdi, məsçid hərkəsə inanılacaq biryerdi, hərdən düşünürsən ki, orda oğru belə oğurlamaz, qəribə hisslər bəxş edir bu ev.. Onun evi..Ayaqqabılarını itirən balaca uşaq indi deyəsən uşaqlığını itirib, bəs imam hanı? Ona desin, bəlkə kimsə gətirər onun itirilən illərini.. Yaşadığına peşiman deyildi, çünki yaşamışdı.. Quran dərsləri yadındadı, sonra şəhərə gəlişi, ilk sevgisi yadındadı, onun saçlarını daraması, onunla planlar qurması, ona rayonda öyrəndiyi dinini öyrətməsi.. Hərkəslə biliklərini paylaşmağı sevərdi ən çox, saatlarca danışardı.. Bəs indi ona noldu? Tələbəlikdən sonra deyəsən qəribə yazılar yazardı, bəzən mənasız əsəbləri, bəzən lirik hisslərini məqalələrə tökərdi.. Xatırla, ruh, xatırla.. Sonra nə oldu? Necə bu hala düşdün? Dostları necə itirdiyi yadına gəlmirdi, bircə hiss etdiyi ağrı idi, ürəyi onu rahat buraxmır, bu nədi? Günahların cəzası? Bəlkə Allah məni balaca bir otağa salıb, əzab verir? Bəlkə mən də dəmirçi əlində döyülərək faydalı bir hala salınan dəmir parçasıyam? Allahım.. Sən ki, məni heç vaxt tək qoymadın.. Suallarıma cavab istiirəm.. Masaya tərəf getdi, orda balaca gündəlik gözünə sataşdı.. Öz xətti idi.. Yaznı o yazmışdı.. Oxuyurdu sakit səslə, özü üçün, onsuzda dinləyən yoxdur: “ Mən bu gün yazmağı öyrəndim, mama deyir ki, 4 yaşımda bu böyük uğurdu..” uşaqlığı.. Bir neçə səhifə çevirdi, “biz uşaqlarla burda, evimizdə xoşbəxtik.. Hər həftə bizi görməyə məktəblərdən və başqa yerlərdə uşaqlar gəlir, bizə yazıq kimi baxırlar. Anlamıram niyə.. Mama deyir fikir vermiyin, mənim artıq 10 yaşım var, böyük oğlanam..” anlamadım.. Biraz daha irəliyə, “bu gün mama bizə namazı və dinimizi öyrətdi, bəzən uşaqların hamısının ona mama deməsini qısqanıram.. Düzdü, bizi bura atdıqları üçün o hamımızın mamasıdı, ama yenə də qısqanıram..” Allahım, haradı bura? “Mənim artıq 17 yaşım var, ürəyimdəki problem həll olunarsa, burdan çıxacam, biz uşaqlığımızı burda keçiririk, uşaq evində, amma sonra öz həyatımızı qururuq..” Uşaq evi? Ola bilməz.. Axı onun yadındadı bütün həyatı.. Yaddaşı özününkü deil? Bu necə ola bilər? Bəs bura haradı? Uff.. Gündəliyin son səhifəsində qəribə qeyd var: “Bir dəli bunu yazdı..” Bu deyəsən kitabdı, anlamıram, öz həyatım deyil? Bəs adı niyə gündəlikdi? Ürəyim… Bu zibil niyə ağrıyır, bəs ürəyim xəstədisə, məni niyə bura atıblar? Xəstəxanada olmalı deyiləm? Deyəsən kimsə, məni elə bu suallarla öldürmək istəyir.. Bəsdirin, yavarıram, alın bütün keçmişimi.. Gedin..!! Amma xahiş edirəm, mənə icazə verin yaşayım.. Məni buraxın burdan, məni rahat buraxın, xahiş edirəm, məni rahat buraxın… Bu zaman divara cızılaraq həkk olunan yazı gözünə sataşdı: “Bu daxili otaq bir gün canlandırılacaq və mənim həyatıma çevriləcək.. Bu otaqda doğuldum, yaşacam, bu otaqda ölüb, yenidən dirildiləcəm….” NUR – Otağım məqaləsi..
by NUR