Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Özümüzü tək qalanda tapdıq!
 
AnasayfaAnasayfa  AxtarAxtar  Latest imagesLatest images  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  

 

 BİZ HARDAYIQ?

Aşağa gitmek 
MüəllifIsmarıc
UsyaN
Admin
UsyaN


Mesaj Sayısı : 22
Points : 50
Kayıt tarihi : 03/09/10
Yaş : 32

BİZ HARDAYIQ? Empty
Yeni mövzuMövzu: BİZ HARDAYIQ?   BİZ HARDAYIQ? EmptyŞ. Sen. 04, 2010 8:30 pm

Biz bizi uçuruma aparan qəflət yuxusundayıq. Bu qəflət yuxusu sanki qanımıza işləyib, oyanmağa cəsarət etməyə gücümüz də çatmır. Bu yuxuda biz reallıqdan çox uzağıq. Bu yuxuda biz - oğlu “Discovery” televiziya kanalına baxmaqdan ötrü, anasının başqa bir kanalda baxdığı “Yağ kimi” verilişinin bitməsini gözləyən oğlanlarıq, azad və realist düşüncələrinə görə daim qınaqlara məruz qalan qızlarıq; övladının narkoman olması ilə barışmayan, lakin buna heç bir yolla təsir edə bilməyən valideynlərik; imtahan zamanı qarşısındakı tələbənin və yaxud şagirdin savadsız və cahil qalmasına səbəb olan, onu rüşvət al-verinə bulaşdıran müəllimlərik; hərbi xidmətdən tərxis olunacağı gün öz hərbi geyimini ləzzətlə yandıracağı anı səbirsizliklə gözləyən əsgərlərik... Biz bu cəmiyyətdə meyxanadan, aşıq havalarından, muğamatdan başqa musiqi janrı tanımayanlarla, əxlaq prinsipini yalnız qadınla kişi münasibətlərinə şamil edənlərlə, öz şəxsi məqsəd və istəklərinə görə hamını qurban verməyə hazır dayanmış “eqoizm”, “glamoure”, “merkantelizm”, “ulduz” kimi xəstəliklərə mübtəla olmuş insanlarla birlikdəyik, maarifə, təhsilə və elmə mane olanlarla birlikdəyik... Saydıqca tükənməyən bu problemlərdən bəhs edən bir yuxudan heç oyanmaqmı olar?! Bizi kim oyatsın? Hansımız oyanaq?
Sonda isə sözlərimi S.M.Pauvererin bir cümləsi ilə bitirmək istəyirəm: “Röyalarındakı arzularını gerçəkləşdirməyin bircə yolu var: Oyanmaq!”
Əvvələ qayıt Aşağa gitmek
https://dahiler.azerbaijaniforum.com
 
BİZ HARDAYIQ?
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Forum :: Düşüncələrimiz-
Keç: