UsyaN Admin
Mesaj Sayısı : 22 Points : 50 Kayıt tarihi : 03/09/10 Yaş : 32
| Mövzu: Hicab Ş. Sen. 04, 2010 4:14 am | |
| Dünən hicablı bir qız gördüm, Əlində balaca bir kitab, əynində uzun donu, Alınmış qaşına yönələn baxış, Sanki qorxudurdu onu, Çəkdim nəzərimi, Əks tərəfə çöndüm, Düşündüm, Arxama baxdım yenə, Döndüm. “Hicab!” dedim. Sonra “mən bu qızı əvvələr harda gördüm? Lənətə gəlmiş Hicab!” dedim. Tanıya bilməmişdim qızı. İstifadə olunmuş gözləri, Sifətdindəki iri çapıq, Və qaşındakı cızığı. “Harda görmüşdüm axı!” Beynimi sıxan qəribə hisslər, Birdən soyuq tərə çöndü, Görəndə o yeri, həmin yazını: “Kakadu“. Düz bir ay əvvəl, O burda durmuşdu, Qarşısında bir oğlan, Yanında da yekəpeysər, Üzünü cırır, “Mənə 20 manat borclu!” - Qışqırırdı. “Hicab!” dedim. “Olmaz olsun belə din, belə iman” dedim. “Yalan!” dedim. Hicabı da, Quranı da, İmanı da, İslamı da, Allahı da, Bir də “Yalan!” dedim. “Ay hicab!” – dedim, “Gizlətdin solmuş saçlarını, Bəlkə də alınmış qaşlarını, Cırılmış qulağını, Kürəkdəki *** damğasını, O mundar bədənini, Hətta gözlərini, Sözlərini, Dilini də, Dişini də, Əsl işini, Gəlmişini, Keçmişini, Fikrini də, Zikrini də! Amma yalan!” … Budur o hicabdan mənə qalan. Bir parça ikrah, Və yemədiyim yalan.
imza: az-ya | |
|