Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Özümüzü tək qalanda tapdıq!
 
AnasayfaAnasayfa  AxtarAxtar  Latest imagesLatest images  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  

 

 Flavi amfiteatrı və ya Kolizey

Aşağa gitmek 
MüəllifIsmarıc
UsyaN
Admin
UsyaN


Mesaj Sayısı : 22
Points : 50
Kayıt tarihi : 03/09/10
Yaş : 32

Flavi amfiteatrı və ya Kolizey  Empty
Yeni mövzuMövzu: Flavi amfiteatrı və ya Kolizey    Flavi amfiteatrı və ya Kolizey  EmptyŞ. Sen. 04, 2010 3:12 am

Flavi amfiteatrı (lat. Amphitheatrum Flavium) və ya Kolizey (lat. Colosseum, it. Colosseo) - Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. Eskvilin, Palatin və Çelio təpələrinin arasında yerləşir. Flavi sülaləsinin nümayəndələri (Vespasian, Tit, Domisian) tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Tikinti eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır.

Amfiteatrın inşasına imperator Vespasian Fələstindəki qələbədən sonra başlamışdır. Tikinti onun oğlu Titin dövründə bitirilmişdir. VIII əsrdən etibarən Kolizey adlandırılmağa başlamışdır.

Uzun illər Kolizey qladiatorların və vəhşi heyvanların döyüş səhnələrinə, dəniz döyüşlərinin imitasiyasına ev sahibliyi etmişdir. Katolik kilsəsinin mifik fərziyyələrinə görə xristianlığı qəbul edənlər məhz burada edam edilirmiş. İmperator Makrinin dövründə güclü yanğından zərər çəkmiş tikili Aleksandr Severin əmri ilə yenidən bərpa edilmişdir. 405-ci ildən qladiator döyüşləri ləğv edilsə də vəhşi heyvanlara qarşı döyüşlər hələ də keçirilməkdə davam edirdi.

Orta əsrlər

Varvarların hücumlarından sonra tikilii dağıdılmağa başlanır. XI əsrdən 1132-ci ilədək adlı-sanlı romalılar üçün qala funksiyası daşımışdır. 1332-ci ildə burada öküz döyüşləri keçirilirmiş. Bu vaxtdan etibarən onun dağıdılması davam etdirilir. Onun daşlarından tikinti materialı mənbəyi kimi, digər tikililərin inşasında istifadə edilmişdir. Papa II Pavel Venesiya sarayının tikintisi üçün daşları məhz buradan götürmüşdür. Amfiteatrda V-IX əsrlərdə kustar fabriklər də fəaliyyət göstərmişdir.


XX-XXI əsrlərdə

Hal-hazırda Kolizey İtaliya hökuməti tərəfindən böyük diqqətlə qorunur. Alim arxeoloqların tövsiyələri əsasında tikili qismən bərpa edilərək onun dağılmasının qarşısını almaq üçün bir çox tədbirlər görülmüşdür. Hazırda Kolizey Romanın ən parlaq simvolu olub ən məhşur turist obyekti sayılır. 7 iyul 2007-ci ildən dünyanın 7 yeni möcüzəsindən biri sayılır.

Konstruksiyası
Daxili quruluşunun sxemi
Oturacaqların bölgü sxemi

Kolizey nəinki memarlıq baxımdan, həm də mahiyyət baxımından böyük ustalıqla inşa edilmiş bir tikilidir.

Giriş sistemi
Tamaşaçılar arenaya 80 giriş vasitəsilə daxil ola bilirmişlər. Bunlardan dördü xüsusi olaraq imperator, mötəbər qonaqlar, senatorlar, yüksək rütbəli dövlət xadimləri üçün nəzərdə tutulmuşdur. Tikilinin giriş, pilləkan və dəhliz sistemlərinin quruluşundan bu günün özündə belə stadion və arenaların tikintisində geniş istifadə olunmaqdadır. Bu texniki imkan 15 dəqiqə ərzində arenanın dolmasını və 5 dəqiqə ərzində boşalmasını təmin edir. Bu sistemə latın dilində vomitoria (tərc. qusmaq, qaytarmaq) deyilir.


Kolizeyin daxili görünüşü
Bugünkü hesablamalara görə Kolizey rahat 50 000 tamaşaçı qəbul etmək imkanına malik olmuşdur. İlk sıralar, yaxud podium imperator, onun ailə üzvləri, senatorlar və Vesta məbədinin qadın qulluqçuları (lat. virgo vestalis) üçün nəzərdə tutulmuş, eyni zamanda Pulvinar adlandırılan imperator lojası daha hündürdə yerləşirdi. Daha sonra tamaşaçılar üçün nəzərdə tutulmuş 3 yarus maeniana yerləşirdi, 20 sıradan ibarət olan birinci yarus şəhərin vəzifəli şəxsləri və süvarilər təbəqəsinə aid olanlar, ikinci yarus Roma vətəndaşı hüququna malik olan azad sakinlər, üçüncü və ən yuxarı sektorlar isə Romanın ən kasıb sakinləri üçün nəzərdə tutulmuşdu.

Arena
Kolizey ellips formasına malik olub, eni 156 m, uzunluğu 188 m, çevrəsi 527 m, hündürlüyü 48 m-dir. Üstü xüsusi tent vasitəsilə günəş şüalarından qorunmaq üçün örtülürmüş. Döşəməsi taxtadan olub altında 7 m dərinliyində zirzəmi yerləşmişdir. Burada əsasən vəhşi heyvanların qəfəsləri yerləşirmiş.
Kolizey qədimdən Romanın əzəmət simvolu olmuşdur. VIII əsr səlnamələrində belə bir ifadə mövcuddur ki, "Kolizey durduqca Roma da duracaq, nə vaxt Kolizey yox olacaqsa o vaxt Roma, onunla birlikdə isə dünya da məhv olacaq".
Əvvələ qayıt Aşağa gitmek
https://dahiler.azerbaijaniforum.com
 
Flavi amfiteatrı və ya Kolizey
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Forum :: Maraqlandıqlarımızdandırlar-
Keç: