Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Özümüzü tək qalanda tapdıq!
 
AnasayfaAnasayfa  AxtarAxtar  Latest imagesLatest images  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  

 

 Çarlz Bukovski. Demək yazar olmaq istəyirsən?

Aşağa gitmek 
MüəllifIsmarıc
UsyaN
Admin
UsyaN


Mesaj Sayısı : 22
Points : 50
Kayıt tarihi : 03/09/10
Yaş : 32

Çarlz Bukovski. Demək yazar olmaq istəyirsən?  Empty
Yeni mövzuMövzu: Çarlz Bukovski. Demək yazar olmaq istəyirsən?    Çarlz Bukovski. Demək yazar olmaq istəyirsən?  EmptyC. Sen. 03, 2010 7:53 pm

Hər şeyə rəğmən,
o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa,
yazma.
Çağrılmadan gəlməzsə ürəyindən
düşüncəndən, ağzından və canından,
yazma.
Söz axtararaq,
saatlarla oturub
zilləməlisənsə gözünü bilgisayarın ekranına
və ya yazı makinasının üzərində belini bükməlisənsə,
yazma.
Pul və ya
şöhrət üçün yazırsansa,
yazma.
Yatağında qadınlar istədiyindən yazırsansa,
yazma.
Ağır işdirsə eləcə yazmağı keçirmək ağlından,
yazma.
Əyləşib təkrar-təkrar,
yenidən yazmalısansa,
yazma.
Başqa birisi kimi yazmağa çalışırsansa,
çıxart bunu yadından.

Onun içindən
gurultuyla çıxmasını gözləməlisənsə,
o halda səbrlə gözlə.
O, heç vaxt gurultuyla çıxmazsa,
məşğul ol başqa işlə.

Onu ilk öncə həyat yoldaşına,
və ya qız dostuna, oğlan dostuna,
və ya valideynlərinə və yaxud ümumiyyətlə oxumalısansa kiməsə,
sən hazır deyilsən.

çoxsaylı yazarlardan olma,
özünü yazar adlandıran
minlərlə insandan olma,
maraqsız, bezikdirici və lovğa olma,
xudbinlik hissi səni boğmasın.
Dünya kitabxanaları
Sənin kimilər ucbatından
əsnəyə-əsnəyə dalıb yuxuya.
Bunların sayını artırma.
Yazma.
O, ruhundan raket kimi
fırlamazsa çölə,
Sakit durmaq
məcbur etməzsə səni dəliliyə
və ya özünə sui-qəsdə və ya
qətlə-
yazma.

Gerçək zamanı çatarkən
və seçilmişsənsə sən,
o, bunu özü edəcək.
Və o, bunu sən və ya
o, sənin içində ölənə kimi
etməkdə davam edəcək.

Bunun başqa yolu yoxdur.
Və heç vaxt da olmayıb.
Əvvələ qayıt Aşağa gitmek
https://dahiler.azerbaijaniforum.com
 
Çarlz Bukovski. Demək yazar olmaq istəyirsən?
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Forum :: Ədəbiyyat-
Keç: